"Neftçi" "Srvena Zvezda"ya qarşı
Rusiyada "Matç TV" turnirində iştirak edən "Neftçi" bu gün növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Srvena Zvezda" klubu üz-üzə gələcək. Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
Qeyd edək ki, "Neftçi" turnirdəki ilk matçında "Zenit"ə uduzub - 1:3. "Ağ-qaralar" son matçında Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.
8 iyul
"Matç TV" turniri
20:30 Neftçi - "Srvena Zvezda"