"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 13-cü turun daha iki oyunu keçirilib. SportLine.az xəbər verir ki, günün hər iki oyununda qonaqlar qalib gəlib.

“Neftçi” “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edib. “Zirə” isə “Rəvan”ı 2 cavabsız qolla üstələyib.

21 noyabr 2015
Əvəzedicilərin çempionatı, 13-cü tur


“Rəvan” - “Zirə” – 0:2
QOLLAR: Nurlan Novruzov, 59; İlqar Hüseynov, 89

“Xəzər Lənkəran” - “Neftçi” – 1:3
QOLLAR: Namiq Qocayev, 55 - Sənan Əbilov, 20; Etibar Süleymanov, 50; Oruc İsmayılov, 65

Banner