"Neftçi" yenidən "Zenit"lə oynaya bilər
“Zenit” sentyabrda Sankt-Peterburqda “Neftçi” ilə yoldaşlıq oyunu keçirə bilər.
Sportline.az xəbər verir ki, oyun milli komandaların görüşləri üçün fasilə zamanı nəzərdə tutulub.
Sentyabrın 3-də “Zenit” ÇSKA ilə oynayacaq və bundan 4-5 gün sonra “Neftçi” ilə oyun baş tuta bilər.
“Zenit” və “Neftçi” artıq bu yaxınlarda üz-üzə gəlib: iyulun 1-də Sankt-Peterburq klubu öz meydanında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.