"Neftçi"də yeni müqavilə
“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi İsmayıl Zülfüqarlı ilə əməkdaşlıq uzadılıb.
“Ağ-qaralar” 22 yaşlı oyunçu ilə müqavilənin müddətini daha 1 illik uzadıb.
Yeni sazişə əsasən, Zülfüqarlı 2025-ci ilin yayına qədər bakılılara məxsus olacaq.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan İsmayıl Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsümdə 63 oyun keçirib, 4 qol vurub.