"Neftçi"dən Səudiyyə Ərəbistanına
"Neftçi"dən ayrılan gürcüstanlı futbolçu Solomon Kverkveliyanın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasına Səudiyyə Ərəbistanında davam edəcək.
Gürcüstan millisinin üzvü "Əl-Oxdud"a keçib.
Qeyd edək ki, Solomon Kverkveliya 2022-ci il iyulun 4-də "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı. Paytaxt təmsilçisi ötən gün oyunçu ilə sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.