"Neftçi"nin baş məşqçisi RPL-nın ilk üçlüyünü proqnozlaşdırıb

Neftçinin çalışdırıcısı Miodraq Bojoviç Rusiya Premyer Liqası haqqında proqnozlarını bildirib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Bojoviç "Krasnodar"ın bu mövsümü ilk üçlükdə bitirə bilməyəcəyinə inanır.

"Matc TV" mütəxəssisin fikirlərinə bu cür yer verib.“İlk üçlük barədə proqnozumu bilmək istəyirsiz? “Zenit” , “Dinamo”, “Krasnodar’a gəldikdə isə onlardan əmin deyiləm. Mənə elə gəlir ki, onlar ilk üçlükdə qala bilməyəcəklər. Onların əvəzinə başqa komanda olacaq. Bu vəziyyət Vladimir İviçlə bağlıdır. Sadəcə inanmıram. Üçüncü komandanı müəyyənləşdirmək çətindir, amma “Zenit” və “Dinamo” dəqiq orada olacaqlar”, - deyə bildirib.

Qeyd edək ki, RPL-də 20 turdan sonra turnir cədvəlinə 40 xalla “Zenit” başçılıq edir. İkinci sıradakı “Krasnodar”ın 39 xalı var. İlk üçlüyü 38 xalla “Dinamo” qapayır.