"Neftçi"nin sabiq futbolçusu Serbiya klubunda
"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya Serbiya "Partizan" klubuna keçib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki,24 yaşlı braziliyalı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın "CEF Yunayted" klubundan birillik icarəyə götürmüşdü.