"Neftçi"nin sabiq prezidenti Türkiyədə

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Türkiyədə "Fənərbağça" və Danimarkanın “Norşellann” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.