"Neftçi"nin yeni prezidenti komanda üzvləri ilə görüşüb
"Neftçi"nin yeni prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.
Paytaxt təmsilçisindən Sportline.az-a verilən məlumata görə, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə söhbət edib.
Funksioner rumıniyalı mütəxəssislə komandanın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.
F.Mahmudov "ağ-qaralar"a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.