"Neftçi"nin yeni transferi: "Komanda düşdüyü çətin vəziyyətdən çıxacaq"

"Neftçi"nin yeni transferi Emil Səfərov "Qəbələ"dən ayrılması və "ağ-qaralar"a keçidi haqda paylaşım edib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü instaqram səhifəsində bunları yazıb:

"Salam "Qəbələ" ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə mənimlə birlikdə məşq edən komanda yoldaşlarıma,texniki heyət, məşqçilərə, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. "Qəbələ"dən ayrılmaq mənim üçün çətindir. İnşallah komanda düşdüyü çətin vəziyyətdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik.Hər birinizə çox sağol deyirəm. Gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".

Əlavə edək ki, "Neftçi" Emil Səfərovla üç illik müqavilə imzalayıb.