Neymar "Barselona"da

PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıdır.

Sportline.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı kataloniyalılarla 2+1 illik 13 milyon avro maaşla müqavilə imzalayıb. "Capology" portalının məlumatına görə, onun PSJ-də maaşı vergilərsiz illik 56 milyon avro təşkil edir. Beləliklə, Neymarın maaşı bir neçə dəfə azalacaq.

Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O vaxtdan bəri 31 yaşlı braziliyalı parislilərin heyətində 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.