"Neymar "Barselona"ya qayıtmaqdan şad olardı"

"Barselona"nın müdafiəçisi Serji Roberto Neymarın Kataloniya klubuna mümkün qayıdışından danışıb.

Sportline.az xəbər verir ki, Neymarla əlaqə saxlayan Roberto onun arzusunu dilə gətirib.

“Neymarla danışdım. O, "Barselona"ya qayıtmaqdan çox şad olardı. Mən onu geri istəyirəm. Neymarı klubda yaşadığımız hər şeyə görə çox sevirəm. O, xüsusi oyunçu, inanılmaz istedaddır. O keçəcək? Bununla rəhbərlik və məşqçi məşğul olmalıdır” - deyə Roberto qeyd edib.

Daha əvvəl Neymarın "Barselona" ilə illik 13 milyon avro maaşla müqavilə imzalamağa razı olduğu bildirilirdi.