Neymar "Əl-Hilal"a keçir
"PSJ-nin hücumçusu Neymar "Əl-Hilal"a keçidini tamamlamağa yaxındır.
Sportline.az xəbər verir ki, yaxın vaxtlarda 31 yaşlı braziliyalı Səudiyyə Ərəbistanı klublarından biri ilə 2 illik müqavilə imzalayacaq. Daha əvvəl "Əl-Hilal"ın hücumçuya iki mövsüm ərzində təxminən 160 milyon avro ödəyəcəyi bildirilirdi.
Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O vaxtdan bəri hücumçu parislilərin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.