"Neymar ən xaraktersiz futbolçudur"
“Bavariya”nın sabiq futbolçusu Pol Breytner Neymarı dünyadakı ən əsəb pozan futbolçu adlandırıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, keçmiş futbolçu Neymarilə bağlı “ O, tanıdığım ən xaraktersiz futbolçudur. Meydana qələbə üçün yox, artistlik etmək üçün çıxır. Səudiyyə Ərəbistanı klubuna isə onun kimi birini Avropa futbolundan uzaqlaşdırdığı üçün təşəkkür edirəm”, - deyib.
Qeyd edək ki, Neymar Poul Breytnerin dediklərinə reaksiya verməyib.