Neymar keçmiş klubuna geri qayıdır
Neymar keçmiş klubuna geri qayıdacaq.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, braziliyalı hücumçu "Santos" klubuna transfer olunacaq.
Təcrübəli futbolçu Braziliya klubuna keçmək istədiyini və Səudiyyə Ərəbistanında futbol oynamaqdan zövq almadığını bildirib.
Qeyd edək ki, Neymar "Əl-Hilal" klubuna transfer olunduqdan sonra zədə üzündən yaşıl meydanlardan kənarda qaldığı üçün uzun müddət komandaya kömək edə bilməmişdi.