Neymar millidən niyə getmir? SƏBƏB
Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-də uğursuzluğa düçar olduqdan sonra millidən niyə ayrılmadığını açıqlayıb.
Sportline.az xəbər verir ki, futbolçu bu barədə açıqlama verib:
“Ailənin və dostların milli komandanı tərk etməmək üçün böyük təzyiqi ilə gördüyün hər şeyi qiymətləndirməyə başlayırsan. Yaxın ətrafınızdakı insanlar sizi öz yerinizə qoyurlar və sizə başa salırlar ki, Braziliya millisinin formasını geyinərək xoşbəxt olmağa davam etməyə dəyər”, - deyə Neymar bildirib.