Neymar Ançelottidən danışdı
"Əl-Hilal"ın hücumçusu Neymar Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunması ilə bağlı fikirlərini açıqlayıb.
Sportline.az xəbər verir ki, Neymar bu təyinatdan razı qalıdığını bildirib.
“Əgər Ançelotti komandamıza rəhbərlik edərsə, ona isti qarşılanacağına zəmanət verilir. O, çoxlu kuboklar qazanmış inanılmaz məşqçidir. Ondan nəsə öyrənmək istəyirəm" - deyə Neymar bildirib.
Mətbuat italiyalı mütəxəssisin 2024-cü ilin yayında Braziliya millisinə rəhbərlik edəcəyini yazıb . Hazırda o, "Real Madrid"i çalışdırır.