Neymar Peleni keçdi

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində Boliviya ilə matçda liderliyini möhkəmlədib.

Sportline.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində Rodriqonun ötürməsindən fərqlənən hücumçu Neymar hesabı 4:0-a çatdırıb.

31 yaşlı braziliyalı millinin heyətində 78-ci qolunu vuraraq əfsanəvi forvard Peleni geridə qoyaraq bombardir olub.

Neymar 2010-cu ildən Braziliya millisində çıxış edir. O, yığmada 125 oyun keçirib.