Neymar PSJ fanatlarına mesaj göndərdi
PSJ-dən ayrılacağı gündəmdə olan Neymar komandanın azarkeşlərinə mesaj göndərib.
Sportline.az xəbər verir ki, o, Caze TV-yə müsahibəsində Parisi tərk etmək niyyətində olmadığını bildirib.
Azarkeşlərlə soyuq münasibətdə olan braziliyalı "Mənim klubla müqaviləm var. Və azarkeşlərlə münasibətlərə baxmayaraq, burada qalmaq istəyirəm. Məni sevsələr də sevməsələr də", - deyib.
Xatırladaq ki, may ayında PSJ azarkeşləri onun komandadan kənarlaşdırılması tələbi ilə aksiya keçirmişdilər.