Neymar PSJ ilə bağlı qərar gəlib
Braziliya millisinin üzvü Neymar karyerasını Fransada davam etdirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, o, bir müddət əvvəl deyildiyi kimi, nəyin bahasına olursa olsun Parisdən ayrılmağa çalışmır.
Klubdakı anlaşılmazlıqlar və fanatların ona qarşı etirazları mövsümün sonunda Neymarı bu haqda düşünməyə vadar etsə də, hazırda vəziyyətin yaxşı məcraya yönəldiyi bildirilir.
Səudiyyə Ərəbistanından aldığı təklifləri müsbət cavablandırmayan 31 yaşlı forvardın qərarına Luis Enrikenin Parisə gəlişinin ciddi təsir göstərəcyi güman olunur.
Bununla belə hücumçunun PSJ-dəki taleyi hələ də sual altnda qalmaqdadır.