Neymar PSJ mövzusuna son qoyur
PSJ-dən ayrılacağı gözlənilən Neymar bu mövzuya son qoymaq üzrədir.
Sportline.az xəbər verir ki, braziliyalı ulduz bu həftə komandanın məşqlərinə qatılacaq.
Bu haqda Paris klubunun rəsmi saytında məlumat yayılıb.
Qeyd edək ki, mart ayında ayaq pəncəsindən əməliyyat olunan hücumçu mövsümün sonunda komandasına kömək edə bilməmişdi.
31 yaşlı futbolçunun azarkeşlərlə soyuq münasibətə görə komandanı tərk edəcəyi gözlənilirdi.