Neymar Səudiyyə liqasının Fransadan daha yaxşı olduğunu düşünür

"Əl-Hilal"ın hücumçusu Neymar məşhur futbolçuların transferinə görə Səudiyyə Ərəbistanı çempionatının Fransa çempionatından daha yaxşı olduğunu bildirib.

Sportline.az xəbər verir ki, Neymar "Bu gün Səudiyyə Ərəbistanı çempionatında görünən adlarla bu liqa Liqa 1-dən daha yaxşıdır" - deyə açıqlama verib.

Avqustun 15-də "Əl-Hilal" Neymarı PSJ-dən transfer etdiyini açıqlayıb.