Neymardan imtina etdilər
Neymar "Barselona"ya təklif olundu, lakin məşqçilər mümkün transferdən imtina etdilər.
Sportline.az xəbər verir ki, agentlər "Barselona"ya PSJ-nin hücumçusunu almağı təklif ediblər, lakin Kataloniya klubu iki səbəbə görə imtina edib: birincisi, klubun hazırkı iqtisadi vəziyyətini nəzərə alaraq, braziliyalının transferi mümkün deyil, ikincisi, "Barsa" Neymarın oyunçuların diqqətini yayındıracağını və soyunub-geyinmə otağında problemlərin yaranacağını bilririb.
Qeyd olunur ki, Neymarın ətrafı Lionel Messinin Kataloniya klubuna qayıtmaqdan imtina etməsindən sonra onun "Barselona"ya keçidinin mümkünlüyünü düşünüb.