Neymardan Ronaldo açıqlaması

“Əl-Hilal” ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı çempionatındakı çıxışından gözləntilərini bölüşüb.

Sportline.az xəbər verir ki, Neymar bu liqadakı ulduzlarla oynamağı xoşbəxtlik sayır.

“Mən Kriştiano Ronaldo, Kərim Benzema, Roberto Firmino kimi yüksək səviyyəli rəqiblərlə qarşılaşacağam. Bu, yüksək həvəsləndiricidir və sizi maksimum dərəcədə oynamağa vadar edir" - deyə Neymar ESPN nəşrinə bildirib.

Futbolçu PSJ-dən "Əl-Hilal"a keçib. Müqavilənin qiyməti 90 milyon avro təşkil edib, braziliyalının Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.