Neymarı bir milyon dollar cərimə gözləyir

Neymarı ağır pul cəriməsi gözləyir.

Sportline.az xəbər verir ki, PSJ-nin forvardı Vətəni Braziliyada 1 milyon dollar cərimələnə bilər.

Səbəb onun Rio-de Janeyrodan 130 km aralıda yerləşən malikanəsinin qeyri-qanuni tikilməsidir.

Yerli idarəetmə qurumlarının iddiasına görə, sözügedən mülkün tikintisində müxtəlif ekoloji pozuntular qeydə alınıb. 

Neymar ailəsinin bu iddia ilə razılaşmadığı və əks addımlar atacağı bildirilir.