Neymarı Venesuelada vurdular
Braziliya millisinin hücumçusu Neymar Venesuela ilə oyundan sonra xoşagəlməz halla üzləşib.
Sportline.az xəbər verir ki, hadisə 2026-cı il dünya çempionatının təsnifat matçı başa çatdıqdan sonra baş verib.
Futbolçu meydanı tərk edərkən azarkeşlərdən biri onun başına popkorn bağlaması atıb.
Vacabında azarkeşə sərt cavab verən futbolçunu komanda yoldaşları sakitləşdiriblər.
Qeyd edək ki, Neymar bu oyunda məhsuldar ötürmə ilə fərqlənib.