Neymarın yeni klubunda debüt qolu

“Əl-Hilal” Asiya Çempionlar Liqasının 2-ci turunda səfərdə iranlı “Nassaci”ni məğlub edib – 3:0.

Sportline.az xəbər verir ki, hesabı 18-ci dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç açıb. 38-ci dəqiqədə hər iki komanda meydandan qovulub - Əmir Məhəmməd Huşmənd (Nassaci) və Salman Əl-Fərəc (Əl-Hilal) meydanı tərk ediblər.

58-ci dəqiqədə Neymar komandasının fərqini ikiyə çatdırıb. Qol braziliyalının "Əl-Hilal"da debütü olub. Yekun hesabı 90+3-cü dəqiqədə Saleh Əl-Şehri qoyub.

“Əl-Hilal” iki turdan sonra 4 xalla D qrupuna başçılıq edir və əlavə göstəricilərə görə Özbəkistan təmsilçisi “Navbahor”u qabaqlayır. “Navbahor” 3 xalla üçüncüdür.