Neymarla Verratti məşqə qatılmadı

PSJ-nin futbolçuları Neymar və Marko Verratti avqustun 8-də keçirilən məşqdə olmayıb .

Sportline.az xəbər verir ki, Neymar son məşqdə əzələsini zədələyib. İtalyan futbolçunun meydana çıxmamasının səbəbi hələlik məlum deyil.

Daha əvvəl hər iki futbolçunun bu transfer pəncərəsində komandanı tərk edə biləcəyi məlum olub. Verratti ilə Səudiyyə "Əl-Hilal"ı maraqlanır. Neymar isə karyerasını "Barselona"da davam etdirmək istəyir.

Fransa çempionatının yeni mövsümünün 1-ci turunda PSJ "Loryen"lə qarşılaşacaq. Qarşılaşma avqustun 12-də baş tutacaq.