Niderland-Türkiyə oyununu bu hakim idarə edəcək

Avropa Çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland-Türkiyə oyununun hakimi bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, görüşü Fransa Futbol Federasiyasında Klemen Turpen idarə edəcək.

Yan xəttə ona Nikolas Danos və Benjamin Peycs köməklik göstərəcək.Qarşılaşmanın 4-cü hakimi qismində Feliks Zvayer, VAR-da isə Jerom Brisard çalışacaq.

Qeyd edək ki, Klemen Turpen daha öncə turnirdə Almaniya-Şotlandiya və İngiltərə-Sloveniya oyunlarını idarə edib.

Xatırladaq ki, Niderland-Türkiyə oyunu iyulun 6-da keçiriləcək.