Nikolas Pepe "Trabzonspor"dan ayrılacaq
"Trabzonspor" klubunun təcrübəli hücumçusu Nikolas Pepe komandadan ayrılmaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı kotdiuvarlı cinah hücumçusu əsas heyətə düşə bimədiyi üçün bu qərarı verdiyini bildirib.
"Trabzonspor" rəsmiləri də futbolçunu komandada tutmaq istəmədiklərini deyiblər.
Qeyd edək ki, Nikolas Pepe karyerası ərzində "Nitsa", "Lill" və "Arsenal" klublarının şərəfini qoruyub.