Nikolo Zaniolo "Aston Villa"dan ayrılacaq

Nikolo Zaniolo "Aston Villa"dan ayrılacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubunun rəsmiləri italiyalı hücumçudan istənilən performansı əldə edə bilmədiklərini deyiblər.

Nikolo Zaniolo icarə əsasında çıxış etdiyi "Aston Villa" klubu ilə mövsüm sonunda yolları ayıracaq. 

Qeyd edək ki, "Aston Villa" Nikolo Zaniolonu transfer etmək istəsə "Qalatasaray" klubuna 32 milyon avro ödəməli olacaq.