Nikolo Zaniolo İtaliya klubunun təklifini qəbul etməyib
Hazırda "Aston Villa"da çıxış edən təcrübəli futbolçu İtaliya klubundan gələn təklifi geri çevirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli cinah hücumçusu mövsüm sonunda "Qalatasaray"a dönəcək.
İtaliya mediası futbolçunun ölkəsinə qayıtmaq istədiyini və "Roma" ilə görüşmələrə başladığını bildirib. Nikolo Zaniolo da :"Roma" mənim hər zaman qəlbimdədir. Bu səbəbdən "Latsio"nun təklifini əsla qəbul etməyəcəyəm",-deyib.
Qeyd edək ki, Nikolo Zaniolo üçün "Roma"dan başqa 3 İtaliya klubu təklif göndərib.