"Nitsa"nın futbolçusu: "Yəhudilər üçün qara gün"
İsrail - Fələstin müharibəsinə "Nitsa"nın əlcəzairli futbolçusu Yusef Atal da biganə qalmayıb.
Sportline.az xəbər verir ki, əlcəzairli müdafiəçi sosial şəbəkədə münaqişənin fonunda "yəhudilər üçün qara gün" çağırışlı video yayımlayıb.
Tənqidlərə tuş gələn Atal videonu silsə də, görüntülər sürətlə yayılıb. Çox keçmədən Nitsa şəhərinin meri Kristian Estrosi bu paylaşıma cavab olaraq futbolçunun üzr istəməsini tələb edib.
“ Atalın özünü istifadə etməyə icazə verəcəyi təqdirdə üzr istəməsini və Həmas terrorçularını qınamasını gözləyirəm. Əgər o, bunu etməsə , onda onun artıq klubumuzda yeri olmayacaq ”deyə Estrosi X sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, Nitsa baş verənlərlə bağlı hələlik şərh verməyib. Qalmaqallı paylaşımdan əvvəl Atal Fələstin şərfi ilə çəkilmiş fotosunu yayıb.
Bundan əvvəl FİFA İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb .