Nolito karyerasını bitirdi
"Sevilya"nın sabiq hücumçusu Nolito karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, 36 yaşlı ispaniyalı karyerası ərzində "Barselona", "Benfika", "Qranada", "Selta", "Mançester Siti" və "Sevilya"da çıxış etməyi bacarıb.
Nolitonun son klubu "İbiza" olub. 2022/23 mövsümündə futbolçu bütün turnirlərdə klubda 28 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.