"Nottinghem Forest"in futbolçusu yaşıl meydanlara geri dönüb

"Nottinghem Forest"in futbolçusu yaşıl meydanlara geri dönüb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İngiltərə klubunun amerikalı futbolçusu Cio Reyna zədəsini sağaldıb. 

Klubdan verilən məlumatda Cio Reynanın "Brayton"la görüşdə əsas heyətdə yer alacağı bildirilib. 

Qeyd edək ki, Cio Reyna uzun müddətdir ki, zədə üzündən əziyyət çəkirdi.