"Nottingem" "Sevilya"ya elçi düşüb
"Nottingem Forest" "Sevilya"nın ispaniyalı futbolçusu Joze Angel Karmona üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı futbolçu İngiltərədə çıxış etmək arzusundadır. Bu səbəbdən təklifə müsbət cavab verib.
Qeyd edək ki, son qərarı "Sevilya" klubunun özü verəcək.