Noyer məşqlərdən kənarda qalıb

Manuel Noyerin ümumi qrupda məşqlərə qayıtması təxirə salınıb.

Sportline.az xəbər verir ki, "Bavariya"nın qapıçısı planlaşdırıldığı kimi gələn həftədən digər futbolçularla məşqlərə başlaya bilməyəcək.

Dekabrda ayağını sındıran 37 yaşlı alman məzuniyyətdən qayıtdıqdan sonra tibbi müayinədən keçəcək.

Eyni zamanda, gecikmə tərəflər tərəfindən nə ehtiyat tədbiri, nə də fəsadların təzahürü kimi qiymətləndirilmir. Hesab olunur ki, qapıçıya tam məşqləri davam etdirmək üçün daha çox vaxt lazımdır.