Noyerin milli karyersına aydınlıq gətirilidi
Almaniya millisinin qapıçısı Manuel Noyerin milli karyerasını başa vuracağı ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Sportline.az xəbər verir ki, 38 yaşlı futbolçu yenidən millinin qapısını qorumaq niyyətindədir.
Bu haqda jurnalist Kristian Falk X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, sentyabrdakı oyunları buraxacaq təcrübəli qolkiper, ilin sonunda millinin formasını geyinəcək.
Qeyd edək ki, Noyer bundan əvvəlki açıqlamalarında 2026-cı ilə Dünya çempionatında da oynamaq istədiyini bildirmişdi.