Nuri Şahin “Dortmunt”un tarixinə düşüb

“Borussiya Dortmund”un türkiyəli baş məşqçisi Nuri Şahin klubda yeni rekorda imza atıb.

Sportline.az “Nexus Sports” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəsis “Borussiya Dortmund”un ardıcıl 7 ev görüşündə qələbə qazanan ilk baş məşqçisi olub.

Nuri Şahin bu uğura “Ştrum Qraz”la matça nail olub.

Qeyd edək ki, “Borussiya Dortmund” “Ştrum Qraz”ı 1:0 hesabı ilə məğlub edib.