"Nyukasl Yunayted" yeni idman direktorunu açıqlayacaq

"Nyukasl Yunayted" yeni idman direktorunu açıqlamağa hazırlaşır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Dan Aşvortun "Mançester Yunayted"ə keçidindən sonra idman direktoru vəzifəsi boş qalan İngiltərə klubu Paulo Maldini ilə danışıqları yekunlaşdırıb.

2019-cu ildən "Milan"ın idman direktoru vəzifəsində çalışan 55 yaşlı Maldini mövsümün əvvəlində klubdan ayrılmaq məcburiyətində qalmışdı. 

Qeyd edək ki, Paulo Maldini ilə şəxsi razılıq əldə olunsa da müqavilə şərtləri barədə tərəddüdlər var.