"Nyukasl" yeni transferə hazırlaşır

"Sauthempton"un müdafiəçisi Tino Livramento "Nyukasl"a keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Nyukasl" 20 yaşlı ingilis futbolçunu 40 milyon funt-sterlinqə almağa razılaşıb.

Livramento “Çelsi”nin yetirməsidir. O, 2021-ci ilin yayında "Sauthempton"a keçib. O vaxtdan bəri müdafiəçi "müqəddəslər"in heyətində 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.