O da Ərəbistana gedə bilər

Dortmund "Borussiya"sının sabiq hücumçusu Antoni Modest karyerasını "Əl-Əhli"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Afrika Çempionlar Liqasının qalibi 35 yaşlı fransalı ilə pulsuz transferlə müqavilə bağlamağa yaxındır.

Modest iyulun 1-də "Dortmund Borussiya"sı ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. Hal-hazırda Kölndə yaşayır və dördüncü divizion komandası "Fortuna Köln" ilə məşq edir.