İtaliya klubu Okan Buruka təklif göndərib

İtaliya klubu "Qalatasaray"ın təcrübəli çalışdırıcısı Okan Buruka təklif göndərib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Maurizio Sarri ilə yollarını ayıran "Latsio" klubu Okan Burukla danışıqlara başlamaq istəyir.

Təcrübəli mütəxəsis isə bu mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, daha öncə "Latsio" lubunun Qurban Qurbanovla maraqlandığı da bildirilmişdi.