"Oklahoma Siti Tander" 48 ildən sonra NBA çempionu oldu

Milli Basketbol Assosiasiyasında (NBA) 2024-2025 mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, finalın 7-ci oyununda “Oklahoma Siti Tander” “Paykom Senter”da “İndiana Peysers”lə qarşılaşıb.

İlk period “Oklahoma”nın üstünlüyü ilə başa çatıb. 25:22. Böyük fasiləyə qədər “İndiana” hesabı öz xeyrinə dəyişməyi bacarıb. 48:47.

Fasilədən sonra təşəbbüsü yenidən ələ alan “Oklahoma Siti Tander” yekunda 103:91 hesabı ilə qalib gələrək, 2-ci dəfə NBA çempionu olub.

Matçın ən məhsuldar basketbolçusu Şey Giles Aleksander olub. 29 xal 5 ribaund 12 asist.

“İndiana Peysers”də isə ən yaxşı nəticəni Bennedik Mathurin göstərib. 24 xal 13 ribaund 3 asist.