Olimpiadanın təşkilat komitəsinə axtarış aparılıb

Paris-2024 Yay Olimpiya Oyunlarının təşkilat komitəsində axtarış aparılıb.

Sportline.az AFP-yə istinadla xəbər verir ki, Fransanın maliyyə prokurorları Olimpiya Oyunlarının təşkilat komitəsində və Oyunların açılış mərasiminin hazırlanmasına cavabdeh olan təşkilatlarda axtarış aparıblar.

Bunun səbəbi 2023-cü ilin yayında başlanmış “qanunsuz gəlir əldə etmə və göz yumma” işi üzrə istintaqla bağlıdır.

 
 
 

İlk axtarışdan sonra BOK vəziyyəti nəzarətdə saxladığını bildirib.

Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.