"Olimpiakos"dan paytaxt klubuna
"Olimpiakos"un müdafiəçisi Oleq Ryabçuk "Spartak"a (Moskva) keçib.
Sportline.az xəbər verir ki, 25 yaşlı moldovalı ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. O, Moskva klubunda 2 nömrəli formanı geyinəcək.
Ryabçuk 2021-ci ildən "Olimpiakos"da çıxış edir. O, Yunanıstan klubunda 120 oyun keçirib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.