"Olimpiakos"dan "Spartak"a keçə bilər

"Olimpiakos"un müdafiəçisi Oleq Ryabçuk "Spartak"a keçə bilər.

Sportline.az xəbər verir ki, Futbolçu “Reyncers”lə yoldaşlıq görüşü öncəsi Yunanıstan komandasından çıxarılıb. Onun “Olimpiakos”un baş məşqçisi Dieqo Martinezin planlarına daxil olmadığı iddia edilir.

Mənbənin sözlərinə görə, tərəflər mümkün transferlə bağlı danışıqlar aparır. "Olimpiakos" 25 yaşlı moldovalı üçün 8-10 milyon avro almaq istəyir, "Spartak" isə futbolçu üçün 4 milyon avrodan çox təklif etməyə hazırdır.