Olimpiya çempionu vəfat etdi

Xizək və biatlonla məşğul olan SSRİ olimpiya çempionu Anfisa Reztsova vəfat edib.

Sportline.az xəbər verir ki, 58 yaşlı idmançının vəfatı barədə TASS məlumat yayıbş. O, oktyabrın 19-da ölüb.

Rextsova bu ayın 15-dən xəstəxanaya yerləşdirilmişdi.

İdmançı 1988-ci il Olimpiadasında xizəkçilərin estafet yarışında qızıl emdal qazanıb. 1992-ci il Olimpiadasında isə sprintdə birinci olaraq biatlonçu kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da rusiyalı idmançı iki müxtəlif idman növündə qızıl medal qazanan birinci atlet olub.