Olimpiya mükafatçımız mərhələ adladı
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev serbiyalı Vladan Babiçlə üz-üzə gəlib.
Döyüşdən qalib ayrılan Abdullayev 1/4 finalda hindistanlı Narender Bervala rəqib olub.
86 kq-da mübarizə aparan Alfonso Dominges 1/8 finalda rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.