Olimpiya mükafatçısı koronavirusa yoluxdu

Macarsıtanlı üzgüçü, olimpiya mükafatçısı Boqlarka Kapaş bəşəri xəstəliyə tutulub.

Sportline.az xəbər verir ki, bu barədə 26 yaşlı idmançı özü açıqlama verib.

“Sizinlə bir xəbəri bölüşmək istərdim. Təəssüf ki, məndən koronavirus üçün götürülən test müsbət nəticə verdi. Xəstəliyə necə yoluxduğumu bilmirəm”.

Macarıstan Üzgüçülük Federasiyasının məlumatına görə, idmançılar və məşqçilər arasında daha 9 koronavirus faktı aşkarlanıb. Xatırladaq ki, Boqlarka Kapaş Rio-2016 Olimpiadasında 800 metr məsafəyə üzmədə bürünc medal qazanıb.